AZ EN RU

Naxçıvanda qəzada 3 nəfər xəsarət alıb

Naxçıvan-Ordubad magistralında yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.
"Şərq qapısı" xəbər verir ki, hadisə magistralın Culfa rayonu ərazisində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində Culfa rayon sakinləri 1968-ci il təvəllüdlü Məhərrəmova Azadə Fəhralı qızı, 1986-cı il təvəllüdlü Qafarova Könül Mehdi qızı və 2002-ci il təvəllüdlü Qafarova Aysu Vüqar qızı xəsarət alıb. Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 12.04.2024 21:58