AZ EN RU

Naxçıvanda qeyri-sabit hava şəraitinin yollarda yaratdığı fəsadlar aradan qaldırılır

Naxçıvan Muxtar Respublikası ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti bir neçə avtomobil yollarında fəsadlara səbəb olub.
Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyindən "Şərq qapısı"na bildirilib ki, intensiv yağıntılar nəticəsində avtomobil yollarında sel sularının yolları yuması, özü ilə bərabər lil və qaya parçaları gətirərək yolların hərəkət hissəsini doldurması nəticəsində yolların bəzi hissələri yararsız hala düşüb.
Müxtəlif təyinatlı yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyində yaranan problemlərin aradan qaldırılması üçün agentliyin xüsusi texnika və canlı qüvvələri səfərbər olunub. 
Hazırda yollarda təmizləmə işləri davam etdirilir.

Nəşr edilib : 27.06.2024 21:55