AZ EN RU

Naxçıvanda qeyri-sabit hava şəraiti hökm sürür

Xəbər verdiyimiz kimi, muxtar respublika ərazisində yağıntılı hava şəraiti fasilələrlə davam edir, ayrı-ayrı yerlərdə intensiv xarakter alır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na bildirilib ki, Naxçıvan və Şabhuz şəhərlərinə dolu düşüb, güclü yağış yağıb. Dolunun diametri 1-2 mm, yağışın miqdarı isə Naxçıvan şəhərində 4 mm, Şahbuzda 3 mm olub. Culfa rayonunda  isə hazırda sürəti 18-22 m/san güclü külək əsir.

Nəşr edilib : 25.05.2024 18:09