AZ EN RU

Naxçıvanda qeyri-iş günlərində vətəndaşlara ədliyyə xidməti göstəriləcək

Naxçıvan Muxtar Respublikası ərazisində ədliyyə xidmətlərinin qeyri-iş günlərində də vətəndaşlar üçün əlçatanlığı təmin ediləcək.
"Şərq qapısı" xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş qrafik üzrə vətəndaşlarımıza ədliyyə xidmətləri göstəriləcəkdir.
Naxçıvan “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi Ramazan bayramı ilə əlaqədar qeyri-iş günləri çərçivəsində 13-14 aprel tarixlərində fəaliyyət göstərəcək. 
Muxtar Respublikada fəaliyyət göstərən notariat ofisləri isə aşağıdakı növbəli iş rejmində fəaliyyət göstərəcəklər:
10 aprel 2024-cü il tarixdə Şahbuz rayon Notariat Ofisi
11 Aprel 2024-cü il tarixdə Babək rayon Notariat Ofisi 
12 aprel 2024-cü il tarixdə Naxçıvan şəhər 3 saylı Notariat Ofisi
13-14 aprel 2024-cü il tarixdə Naxçıvan Asan Xidmət Mərkəzində Notariat Ofisi

Nəşr edilib : 01.04.2024 10:32