AZ EN RU

Naxçıvanda qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə artıb

2023-cü il avqust ayının 1-nə Naxçıvan Muxtar Respublikasında 3540 yeni vergiödəyicisi qeydiyyata alınıb. Bunların 89,4 faizi fiziki, 10,6 faizi isə hüquqi şəxslər olub.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 34 dəfə artıb.

Yanvar-iyul aylarında kommersiya qurumlarının 60,5 faizi elektron qaydada, 39,5 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Nəşr edilib : 10.08.2023 11:17