AZ EN RU

Naxçıvanda qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə artıb

Cari ilin yanvar-may aylarında Naxçıvan Muxtar Respublikasında 2457 yeni vergiödəyicisi qeydiyyata alınıb.

Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunların 87,7 faizi fiziki, 12,3 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb. Cari ilin yanvar-may aylarında kommersiya qurumlarının 50 faizi elektron qaydada, 50 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Nəşr edilib : 23.06.2023 12:45