AZ EN RU

Naxçıvanda qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə artıb

   2023-cü ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 1.938 yeni vergiödəyici qeydiyyata alınıb. Bunların 87,6 faizi fiziki, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 30 dəfə artıb.
   Cari ilin birinci rübündə kommersiya qurumlarının 52 faizi elektron qaydada, 48 faizi isə kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

 Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin 
mətbuat xidməti

Nəşr edilib : 18.05.2023 21:16