AZ EN RU

Naxçıvanda Qərbi Azərbaycana qayıdışla bağlı keçirilən festival- konqres davam edir

Festival-konqresin ikinci günündə iştirakçılar Ordubada səfər ediblər.
Ordubad şəhər stadionunda təşkil olunan tədbirdə  qonaqlar Qərbi azərbaycanlılarla görüşüblər. Burada Qərbi Azərbaycana xas mətbəx nümunələri, yeməklər, şirniyyat növləri təqdim olunub.
Bununla yanaşı, tədbirdə Qərbi azərbaycanlıların özləri ilə gətirdikləri sənədlər, geyimlər, xalçalar və müxtəlif məişət əşyaları festival iştirakçılarında böyük maraq yaradıb. 
İfaçıların vətənpərvərlik ruhunda səsləndirdiyi bir-birindən rəngarəng mahnılar qonaqlara xoş ovqat bəxş edib.
Qeyd edək ki, festival-konqres bu gün öz işini başa vuracaq.

Nəşr edilib : 24.11.2023 12:32