AZ EN RU

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi davam edir

Məlum olduğu kimi iyunun 21-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Naxçıvan Dövlət Universiteti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” festival-konqresi öz işinə başlayıb. Zəngəzur Milli Parkında keçirilən festival-konqres ikinci gün plenar iclaslarla davam edib. Plenar iclaslarda “Qərbi Azərbaycan: tarix, həqiqətlər və faktlar”, “Qərbi Azərbaycanın mədəni sərvətləri”, “Qərbi Azərbaycan: dil faktları və toponimika”, “Qərbi Azərbaycan ədəbiyyatı və folkloru”, “Qərbi Azərbaycanda elm və təhsil”, “Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri”, “Qərbi Azərbaycanın  təbii sərvətləri”, “Qərbi Azərbaycanın mədəni sərvətləri” mövzularında məruzələr dinlənilib. İclasların sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, üç gün davam edəcək “Qərbi Azərbaycana qayıdış” festival-konqresinin mükafatlandırma və bağlanış mərasimi iyunun 23-də olacaq.

Nəşr edilib : 22.06.2024 19:44