AZ EN RU

Naxçıvanda “Qərbi Azərbaycana qayıdış” adlı festival-konqres keçiriləcək

İyunun 21-22-də Şahbuz rayonunun Batabat yaylağında “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçiriləcək. 
"Şərq qapısı" xəbər verir ki, bunu Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev media nümayəndələri üçün keçirilən mətbuat konfransında bildirib. Qeyd olunub ki, festival-konqresdə Qərbi Azərbaycanda xalqımızın uzun illər ərzində yaratdığı mədəniyyət, mədəni irs, tarixi keçmişimiz təbliğ ediləcək. Həmçinin festival-konqresdə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.
Elbrus İsayev bildirib ki, festival-konqres çərçivəsində iyunun 21-də, hətta iki gəncin  toy məclisi də olacaq. Bu toy Qərbi Azərbaycanın adət-ənənəsinə uyğun şəkildə təşkil olunacaq. Həmçinin festivalda Qərbi Azərbaycan kulinariya sərgisi də təşkil ediləcək.
Qərbi Azərbaycanın 11 mahalını canlandıran çadırlar qurulacaq.

Nəşr edilib : 05.06.2024 16:34