AZ EN RU

Naxçıvanda qəbul imtahanı keçirilir - YENİLƏNƏCƏK

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirir.
İmtahanlar saat 10:00-da başlayacaq. Saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.
Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə 920 abituriyent iştirak edir. İmtahanın idarə olunmasına 12 rəhbər, 93 nəzarətçi ayrılıb. 
İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edəcək.

Nəşr edilib : 02.06.2024 09:02