AZ EN RU

Naxçıvanda qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi I və VI ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib. İmtahan respublikanın 22 şəhər və rayonunda təşkil edilib.
Naxçıvan Muxtar Respublikasında keçirilən imtahanda, ümumilikdə 920 abituriyent iştirak edib. İmtahanın idarə olunmasına 12 rəhbər, 93 nəzarətçi ayrılıb. 
İmtahan prosesini əməkdaşlarımız da izləyib. Abituriyentlərin imtahandan sonrakı təəssüratlarını öyrəniblər. 


İlknur Haqqverdiyeva: Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan qəbul imtahanında iştirak etdim. Təbii ki, bu gün bizim çox həyəcanlı və xüsusi gün idi. İnşallah ki, əziyyətimiz yerdə qalmaz. Arzuladığımız universitetdə təhsil alarıq. İmtahana gəldikdə isə proses çox yaxşı keçdi. Suallar çox da çətin deyildi, mövzular öyrəndiyimiz və oxuduqlarımız idi. Hər kəsə uğurlar! 

Özcan Quliyev: Mən I qrup üzrə imtahan verdim, imtahan çox yaxşı keçdi. Neçə ildir ki, gecə-gündüz demədən universitetə hazırlaşırdım. Müəllimlərimin əməyi çox böyük oldu. Sualları da çox yaxşı cavablandırdım. Uğur əldə edəcəyimə inanıram. İmtahan verən bütün abituriyentlərə uğurlar diləyirəm! 
İmtahanda iştirak edən abituriyentlərin təəssüratları çox yaxşı idi. Onlar sualların asan və öyrəndikləri mövzular ətrafında olduğunu qeyd etdilər. Biz də imtahan verən hər kəsə uğurlar arzulayırıq! 
Qeyd edək ki, imtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Nəşr edilib : 02.06.2024 13:30