AZ EN RU

Naxçıvanda qazi və şəhid ailələri işlə təmin edilib

Muxtar respublikamızda torpaqlarımız uğrunda xüsusi fədakarlıq göstərmiş şəhid və qazi ailələri diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, ötən il nazirliyin madi-texniki bazası, kadr potensialı gücləndirilib. Nаzirlik sistеmində kаdr islаhаtlarının аpаrılmаsı dаvаm еtdirilərək 97 nəfər, onlardan 27 nəfəri qazi və şəhid ailəsi olmaqla, xidmətə qəbul edilərək müvafiq vəzifələrə təyin edilib.

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 11.01.2024 18:00