AZ EN RU

Naxçıvanda qanunsuz yaşayan 35 əcnəbi aşkarlanıb

Naxçıvan Miqrasiya Xidmətindən verilən məlumata görə, ötən ay muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 35 əcnəbi aşkarlanıb və barələrində Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq tədbirlər görülüb.

Fevral ayında Xidmətə daxil olan 465 müraciətin 279-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb və müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı baxılan 186 müraciətin  49-u elektron poçt üzərindən qəbul edilib.

Həmçinin Xidmət tərəfindən maariflənirmə tədbirləri də aparılıb.

Nəşr edilib : 15.03.2023 10:45