AZ EN RU

Naxçıvanda Prezident təqaüdçüsü, Sosialist Əməyi Qəhrəmanı Həvayət Qurbanova səs verdi

Həvayət  Qurbanova: “Bu gün  bütöv Azərbaycanın bayram günü, birlik günüdür”. 

Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Həvayət  Qurbanova ilə  Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə yerləşən 28  saylı seçki məntəqəsində həmsöhbət olduq: – Bu seçki indiyə qədər gördüyüm seçkilərdən fərqli, deyərdim ki, xeyli fərqlidir. Azərbaycan çətin şəraitdə müstəqillik qazandığı illərdə xalq birləşib çətinliklə də olsa, azadlığını, müstəqilliyini qoruya bildi. Şükür Allaha ki, illər əvvəl itirdiyimiz torpaqları igid oğullarımızın sayəsində geri qaytardıq. Bu günü bayram adlandırıram. Çünki bu gün Şuşada, Laçında, Xankəndidə hər kəs öz yurdunda öz sabahının taleyini müəyyənləşdirdi. Bayrağımız həmişə uca, Vətənimiz var olsun deyə nəvələrimizin, nəticələrimizin işıqlı gələcəyinə səs verdim. Bununla Vətənimizin daha gözəl günlərinə səs verdim.

Nəşr edilib : 07.02.2024 11:23