AZ EN RU

Naxçıvanda poçt ünvanlarının elektron indeksləri sistemi formalaşdırılıb

Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən Naxçıvan şəhərində yaşayış sahələri üzrə poçt ünvanlarının elektron indeksləri sistemi hazırlanıb. 

Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, poçt rabitə sisteminin ən geniş yayılmış sahələrindən biri olaraq, gündəlik istifadə olunan kütləvi əlaqə vasitəsidir. Sakinlərin çox hissəsi bütün kommunal ödənişləri və digər xidmətləri poçtlar vasitəsilə həyata keçirirlər. Bu sistem vasitəsilə sakinlər üçün yaşayış sahələrinə yaxın poçt xidmət mərkəzlərinin tapılması mümkündür.
Naxçıvan şəhərinin elektron poçt indeksləri sistemi hazırlanarkən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə razılaşdırılıb. 

Bu sistemin hazırlanmasında məqsəd yüksək standartlara uyğun xidmət göstərilməsi, vətəndaşların rahatlığının təmin edilməsi və əlavə vaxt itkisinin qarşısının alınmasıdır.

Nazirlik tərəfindən sakinlərə keyfiyyətli poçt və rabitə xidmətlərinin göstərilməsi məqsədilə müvafiq tədbirlər ardıcıl şəkildə davam etdirilir.

Nəşr edilib : 02.11.2023 11:02