AZ EN RU

Naxçıvanda plastik kapsul və qapaq istehsalı sahəsinin inkişafına 1 milyon manat güzəştli kredit ayrılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən plastik kapsul və qapaq istehsalı sahəsinin inkişafına 1 milyon manat güzəştli kredit ayrılıb.

Güzəştli kredit "LG PET PREFORM" MMC-yə verilib.

Layihənin maliyyələşdirilməsi "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti vasitəsilə həyata keçirilib.

Nəşr edilib : 31.05.2024 09:50