AZ EN RU

Naxçıvanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hadisə şəhərin Əziz Əliyev küçəsində qeydə alınıb. 
"Şərq qapısı" xəbər verir ki, piyada Naxçıvan şəhər sakini, 1959-cu il təvəllüdlü Fətəliyev İbrahim Şahsuvar oğlu təyin olunmayan yerdən yolu keçməyə çalışarkən taksi onu vurub. 
O, Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.
Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasının həkimi Fuad Rzayevin xəsarət alanın vəziyyəti ilə bağlı verdiyi məlumata görə, onun vəziyyəti ağırdır, həyati təhlükəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 07.06.2024 01:30