AZ EN RU

Naxçıvanda peşə təhsilinin inkişaf etdirilməsi istiqamətində tədbirlərə başlanılıb

Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Pqoqramında muxtar respublikada  peşə təhsilinin  inkişaf etdirilməsi istiqamətində  bir sıra  tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Proqram çərçivəsində  Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmovun rəhbərlik etdiyi nümayəndə heyəti yanvarın 25-də  muxtar respublikada səfərdə olub. Səfər çərçivəsində qonaqlar Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfovla görüşüb. Görüşdə muxtar respublikada peşə təhsilinin inkişafı istiqamətində həyata keçiriləcək birgə tədbirlərin müzakirəsi aparılıb. Qeyd edək ki, bu gün həmçinin Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov  Şərur Texniki Peşə və Sürücülük məktəbinin  tədris bazası  ilə də  tanış olublar.

Nəşr edilib : 25.01.2024 18:30