AZ EN RU

Naxçıvanda Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilib

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən əhaliyə yüksək səviyyəli tibbi xidmət göstərmək və səhiyyənin inkişafı istiqamətində davamlı islahatlar aparılır. Bu islahatlar içərisində qanun pozuntusuna yol vermiş tibb işçiləri haqqında qanunauyğun olaraq tədbirlər də öz əksini tapıb.

Növbəti belə tədbir Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzi publik hüquqi şəxsin işçiləri haqqında olub. Belə ki, vəzifə təlimatı qaydalarını pozaraq, vəzifələrinin icrasına laqeydlik göstərdiklərinə görə Perinatal Mərkəzin Müalicə işləri üzrə müavini Nəzakət Quliyeva tutduğu vəzifədən azad edilərək həkimlər sırasından çıxarılıb. Həmçinin 3 şöbə müdiri tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilib, 1 mama-ginekoloqa isə töhmət intizam cəzası verilib.

Nəşr edilib : 19.06.2023 15:15