AZ EN RU

Naxçıvanda pərakəndə ticarət dövriyyəsi 505 milyon manata yaxın olub

Cari ilin yanvar-may aylarında Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,3 faiz artaraq 14 milyon 145 min 400  manat olub. 
Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, bəhs olunan dövrdə muxtar respublikada pərakəndə ticarət dövriyyəsi isə 504 milyon 863 min 200 manat təşkil edib.  Bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz çoxdur. Bundan başqa 2024-cü ilin yanvar-may aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 76 milyon 252 min 100 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz çox deməkdir.

Nəşr edilib : 11.06.2024 15:19