AZ EN RU

Naxçıvanda "PAŞA Sığorta" və "PAŞA Həyat"ın birgə ofisi fəaliyyətə başlayacaq

Həyata keçirdikləri Korporativ Sosial Məsuliyyət layihələrinin davamı olaraq "PAŞA Sığorta" və "PAŞA Həyat" şirkətlərinin Naxçıvanda birgə sosial tədbiri təşkil edilib.

Tədbir çərçivəsində məlumat verilib ki, növbəti aylarda Naxçıvanda "PAŞA Sığorta" və "PAŞA Həyat" şirkətlərinin birgə ofisi fəaliyyətə başlayacaq.

Tədbirin keçirilməsində əsas məqsəd Vətən müharibəsində canlarını fəda etmiş şəhid və qazilərin övladlarına bayram sevinci yaşatmaq olub.

Naxçıvan şəhərində məskunlaşan şəhid və qazi övladlarının iştirakı ilə həyata keçirilən tədbirdə uşaqlar üçün əyləncəli proqramlar təşkil edilib, müxtəlif animatorlar dəvət olunub. Həmçinin istedadlı uşaqlar öz xüsusi məharətlərini nümayiş etdiriblər. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilib.

Xəbərlər şöbəsi

Nəşr edilib : 27.05.2023 09:48