AZ EN RU

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 16 dəfə artıb

Naxçıvanda dövlət əmlakının özəlləşdirilməsi sahəsində işlər 2024-cü ildə də davam edir. Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 1 dövlət müəssisəsi, 2 dövlət müəssisəsinin balansında olan 61 qeyri-yaşayış sahəsi və dövlət mülkiyyətində olan 1 mehmanxana binası torpaq sahəsi ilə birlikdə özəlləşdirilib.
Nazirlikdən “Şərq qapısı” qəzetinə bildirilib ki, 2024-cü ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 648,3 min manat olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 dəfə çoxdur.

Nəşr edilib : 08.04.2024 15:45