AZ EN RU

Naxçıvanda özəlləşdirmə və icarədən dövlət büdcəsinə 870 min manata yaxın vəsait daxil olub

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-may aylarında özəlləşdirmə və icarədən dövlət büdcəsinə 868,5 min manat vəsait ödənilib.
Nazirliyin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 dəfə çoxdur. 5 aylıq ödənişin 819,5 min manatı və ya 94,4 faizi özəlləşdirmədən daxilolmaların payına düşüb. Bəhs olunan dövrdə 55 icarə müqaviləsi bağlanılıb. Bunlardan 6-sı xidmət mərkəzi, 22-si qeyri-yaşayış sahəsi, 27-i isə torpaq sahələri üzrə olub.

Nəşr edilib : 12.06.2024 17:43