AZ EN RU

Naxçıvanda özəlləşdiriləcək istehsal müəssisələrinin ilkin siyahısı hazırlanıb

Naxçıvan Muxtar Respublikasında dövlət mülkiyyətində fəaliyyət göstərən və özəlləşdirilməsi nəzərdə tutulan istehsal müəssisələrinin ilkin siyahısı hazırlanıb.

Bunu Nахçıvаnın iqtisаdiyyat nаziri Tapdıq Əliyev iş adamlarının iştirakı ilə keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, bu ilin əvvəlindən dövlət müəssisə və şirkətlərində institusional yeniləşmələrin sürətləndirilməsi, bu sahəyə potensial investorların daha geniş cəlb edilməsi diqqətdə saxlanılıb: “Bu dövrdə dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi üçün tender yolu ilə 219 əmlak qiymətləndirilib".

Nazir həmçinin qeyd edib ki, rəhbərlik etdiyi qurumun balansında olan 154 xidmət mərkəzində 61 obyektin özəlləşdirilməsi həyata keçirilib.

Nəşr edilib : 27.10.2023 19:39