AZ EN RU

Naxçıvanda özəl sektorda əmək müqavilələrinin sayı 3,5 dəfə artıb

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən təşviq əsaslı vergi inzibatçılığı əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən “Şərq qapısı”na bildirilib ki, xidmət tərəfindən iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlərin nəticəsi olaraq, 1 iyun 2024-cü il tarixə qeyri-dövlət bölməsində aktiv əmək müqavilələrinin sayı 1 yanvar 2023-cü illə müqayisədə 3,5 dəfə və ya 7600 vahid artaraq 10 min 659 təşkil edib. İlin əvvəli ilə müqayisədə həmin göstərici 1,7 dəfə və ya 4273 vahid artıb.

Nəşr edilib : 25.06.2024 10:11