AZ EN RU

Naxçıvanda ötən il “Azərbaycan-Türkiyə ipək bağı” salınıb

Naxçıvanda ötən il ənənəvi baramaçılıq və ipəkçiliyin inkişafına xidmət edən bir sıra addımlar atılıb. Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə martın 29-da Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyi ilə yaradılan əməkdaşlıq çərçivəsində Ordubad rayonunun Əylis Düzündə 1,2 hektar ərazidə Türkiyədən gətirilmiş 3 növ ümumilikdə 600 tut ağacından “Azərbaycan-Türkiyə ipək bağı” salınıb.

Bağ mütəmadi olaraq nəzarətdə saxlanılıb və suvarma suyu ilə təmin olunub. Baramaçılığın inkişafında yem bazasının təşkili üçün bağın sahəsinin növbəti mövsümdə genişləndirilməsi nəzərdə tutulub.

Nail ƏSGƏROV

Nəşr edilib : 02.02.2024 15:18