AZ EN RU

Naxçıvanda ötən il 40 minə yaxın tut tingi əkilib

Naxçıvanda tarixi baramaçılıq, ipəkçilik ənənələrinin bərpası istiqamətdə ötən ildən müvafiq işlərə başlanılıb. Bu işlərin əhatə dairəsinə uyğun olaraq tut tinglərinin satın alınması məqsədilə tender elan edilib.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə tenderdə “FLOWERS AND PLANTS” MMC qalib olub və həmin cəmiyyətlə tut tinglərinin satınalınması ilə bağlı müqavilə imzalanıb. Alınan 18 min 381 tut tinginin muxtar respublikanın ərazisində aidiyyəti dövlət orqanlarının dəstəyi ilə əkini həyata keçirilib. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə şəhər və rayonlarda ümumilikdə 20000 tut tingi əkilib. Bu işlərin 2024-cü ildə də davam etdirilməsi nəzərdə tutulur. İlkin olaraq yem bazasının təşkili, daha sonra baramaçılıq və “Ordubad İpək” ASC-nin fəaliyyətinin təmin olunması planlaşdırılır. Fəaliyyətin bərpasının təmin olunması istiqamətində yerli və xarici investorlarla danışıqlar aparılır.

Nail ƏSGƏROV

Nəşr edilib : 01.02.2024 17:49