AZ EN RU

Naxçıvanda orta aylıq əməkhaqqı 18 % artıb

Naxçıvan Muxtar Respublikasında orta aylıq əmək haqqı ötən illə müqayisədə artıb.
Bu barədə "Şərq qapısı"na Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, cari ilin yanvar-may aylarında muxtar respublikada orta aylıq nominal əməkhaqqı 766,7 manat olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz çoxdur.

Nəşr edilib : 16.07.2024 10:13