AZ EN RU

“Naxçıvanda ordu quruculuğu müasir mərhələdə” mövzusunda açıq dərs

    Naxçıvan Muxtar Respublikası Ali   Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin təşkilatçılığı və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə “Naxçıvanda ordu quruculuğu müasir mərhələdə” mövzusunda açıq dərs keçilmişdir.   
      Açıq dərsi giriş sözü ilə açan mərkəzin elmi katibi Nihad Tarverdiyev qeyd etmişdir ki, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Ordusunun bu uğurlarında dövlət-ordu birliyinin də mühüm rolu var.
    Qeyd olunmuşdur ki,  ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlər Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun yüksək diqqət və qayğısı sayəsində uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu bu gün yerləşdiyi coğrafi mövqeyə, kontingentinə və döyüş qabiliyyətinə görə keçmiş SSRİ və indiki MDB ölkələrinin silahlı qüvvələri səviyyəsində analoqu olmayan statusa malikdir. 
     Diqqətə çatdırılıb ki, Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi və hərb tariximizə qızıl hərflərlə yazılan uğurlu Günnüt əməliyyatı Azərbaycan əsgərinin rəşadət əzmini bir daha bütün dünyaya nümayiş etdirdi.
    Qeyd olunub ki, bu gün dünyanın ən güclü orduları sırasında yer alan, mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərən Silahlı Qüvvələrimiz 44 günlük Vətən müharibəsində olduğu kimi, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bu gün də, sabah da istənilən yadelli qüvvələrə layiqli cavab verməyə qadirdir. 
      Sonda Heydər Əliyev adına Hərbi Liseyin zabiti, baş leytenant Aqil Kazımzadə çıxış edib.
 

Xəbərlər şöbəsi

Nəşr edilib : 02.11.2022 20:38