AZ EN RU

Naxçıvanda Ombudsman Aparatı tərəfindən təşkil edilən təlimə yekun vurulub

İyunun 14-də Naxçıvanda “Azərbaycanda Yerdəyişmə üzrə Tərəfdaşlığın həyata keçirilməsinə dəstək (MOBILAZE 2)” layihəsi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə və 18 İyun - Azərbaycanda İnsan Hüquqları Gününə həsr olunmuş “Həssas miqrantların hüquqlarının təmin edilməsi. Miqrasiya və sığınacaq idarəçiliyi. Monitorinq mexanizmi” mövzusunda təlimə yekun vurulub. 

Təlimin bağlanış mərasimində Azərbaycan Ombudsman Təsisatının əməkdaşı Turan Cahangirova “Azərbaycan Ombudsmanının Milli Preventiv Mexanizm (MPM) qismində fəaliyyəti” mövzusunda məlumat verib. Təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin Qanunsuz Miqrantların Saxlanılması Mərkəzinə baxış keçirilib.

Nəşr edilib : 14.06.2023 17:17