AZ EN RU

Naxçıvanda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib

Bu gün axşam saatlarında Xanlıqlar kəndi ərazisində  bir nəfərin ölümü, bir nəfər isə  yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, Naxçıvan şəhər sakini Əhmədov Vətən Məhəmməd oğlunun idarə etdiyi 75 BH 565 nömrə nişanlı "Lifan" markalı avtomobil yol kənarında dayanan  Türkiyə vətəndaşı Cuma Ali Üzümcünün idarə etdiyi 27 AMP 616 nömrəli nişanlı "Tır"a dəyərək qəza baş verib. Hadisə nəticəsində Lifan markalı avtomobilin sürücüsü ağır yaralanıb, sərnişin Əhmədova Sevda Məşdi qızı hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 02.02.2024 22:23