AZ EN RU

Naxçıvanda Nurlan Ordubadlının və Elvin Nasirin konserti keçiriləcək

Yanvarın 10-da, saat 15:00-da Heydər Əliyev Sarayında tanınmış ifaçı Nurlan Ordubadlının və Elvin Nasirin “Yaşa Azərbaycan!” adlı konserti keçiriləcək. Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin və “Naxçıvan Qaziləri” İctimai Birliyinin  təşkilatçılığı ilə baş tutacaq konsertdən əldə olunan gəlir Birliyin hesabına köçürüləcək.

Konsertin biletlərini Naxçıvan şəhər Gənclik Mərkəzindən və “Naxçıvan Qaziləri” İctimai Birliyinin ofisindən əldə edə bilərsiniz.

 

 Naxçıvan Muxtar Respublikasının

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.12.2023 11:28