AZ EN RU

Naxçıvanda növbəti dəfə reyd keçirilib

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin  və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarının ölçülməsi və atmosfer havasının çirklənməsinə nəzarətin gücləndirilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər keçirilib.
Reydlər zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi çirkləndirən avtomobillərin sürücüləri ilə Qanuna müvafiq tədbirlər görülməklə  profilaktik söhbətlər aparılıb,, nəqliyyat vasitələrini saz vəziyyətdə saxlamalarının vacibliyi barədə tövsiyələr verilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 30.08.2023 10:25