AZ EN RU

Naxçıvanda nağdsız əməliyyatların həcmi 2,7 dəfə artıb

2023-cü ilin yanvar-fevral aylarında Muxtar Respublikada nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfədən çox artıb.

Dövlət Vergi Xidmətinin yaydığı məlumata istinadən xəbər veririk ki, cari ilin 2 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 10,6 milyon manatı POS-terminalların, 58,1 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.

Nəşr edilib : 29.03.2023 15:05