AZ EN RU

Naxçıvanda muzey əməkdaşları üçün seminar-treninq keçirilib

Fevralın 9-da Cəlil Məmmədquluzadənin EvMuzeyində  muxtar respublikada fəaliyyət göstərən muzeylərin əməkdaşları üçün “Muzey bələdçilərinin hazırlığına verilən tələblər” mövzusunda  seminar-treninq təşkil olunub.

Seminarda əvvəlcəNaxçıvan MuxtarRespublikasının Mədəniyyət Nazirliyi Aparatınınşöbə müdiri Gülbuta Babayeva cəmiyyətin inkişafında, maddi-mənəvi irsinqorunub saxlanmasında,xalqın qədim tarixinin, mədəniyyətinin, incəsənətinin təbliğ edilməsində muzeylərin rolundan və tarixindən danışıb.Vurğulanıb ki,30 muzey və muzeytipli müəssisənin fəaliyyət göstərdiyi Naxçıvanda muzeylərin fəaliyyəti,fondların zənginləşdirilməsi, muzey xidmətinin, muzey əməkdaşlarının fəaliyyətinin düzgün təşkili, bələdçilərin hazırlıq səviyyəsi daimdiqqətdə saxlanılır.

  Seminarda Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərovanın “Bələdçinin hazırlığına verilən tələblər” mövzusunda  çıxışı dinlənilib. Diqqətə çatdırılıb ki, bələdçilər muzeyin təbliğ olunmasında xüsusi rol oynayır. Muzey bələdçisi eksponatlar haqqında elmi, bədii məlumatlar vermək ilə yanaşı həm də, vətənpərvərlik, humanistlik, beynəlmiləlçilik kimi keyfiyyətlər aşılayır.  Muzey bələdçisi ilk növbədə ali təhsilli olmalı, xarici görkəmi, səlis nitqi, əhatəli dünyagörüşü, intellektual səviyyəsi ilə auditoriyanı ələ almağı bacarmalı, xarici dil biliyinə sahib olmalıdır.

Muzey bələdçisinin xarici və ölkədaxili muzeylərin qabaqcıl iş təcrübəsini öyrənməli olduğunu vurğulayan  muzey direktoru qeyd edib ki,ekskursiya bələdçisindən yüksək ünsiyyət mədəniyyəti və nəzakət tələb olunur. Muzeyə gələn istər yerli, istər xarici qonağın ilk təəssüratı onun qarşılanmasından asılıdır. Muzey bələdçisi muzey ziyarətçisini daim müşayiət etməli, eksponatlar haqqında mükəmməl məlumat verməlidir.

         Seminar-treninqin sonunda  yeni işə başlayan muzey əməkdaşlarının sualları cavablandırılıb.

Sonda muzeyin ekspozisiyasına  baxış keçirilib və bələdçinin ekskursiya aparması müzakirə olunub.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət

Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 09.02.2023 19:17