AZ EN RU

Naxçıvanda müvəqqəti yaşamaq sənədini itirən 35 əcnəbi aşkarlanıb

Naxçıvan Miqrasiya Xidməti tərəfindən muxtar respublika ərazisində qanunsuz yaşayan və qeydiyyatsız olan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, qanunsuz əmək fəaliyyəti ilə məşğul olan, habelə müvəqqəti yaşamaq üçün icazə vəsiqəsini itirən 35 əcnəbi aşkarlanaraq Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq barələrində müvafiq tədbirlər görülüb.

Ötən ay Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 465 müraciət daxil olub. Daxil olan müraciətlərdən 279-u əcnəbilərə Azərbaycan Respublikasında müvəqqəti və daimi yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq məsələləri ilə bağlı olub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən araşdırılıb, müvafiq qərarlar qəbul edilib.

Ötən dövrdə olduğu yer üzrə qeydiyyatla bağlı 186 müraciət qeydə alınaraq icrası təmin olunub, həmin müraciətlərdən 49-u elektron poçt üzərindən qəbul edilib.

Nəşr edilib : 03.03.2023 11:26