AZ EN RU

Naxçıvanda Mustafa Kamal Atatürkün xatirəsi anılıb

Noyabrın 10-da Türkiyə Cümhuriyyətinin banisi, qazi Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsi ziyarət edilib, xatirəsi yad olunub.

Anım mərasimində əvvəlcə böyük türk xalqının xilaskarı Mustafa Kamal Atatürkün və iki qardaş ölkənin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya abidə önünə gül çələngi qoyub.

Anım mərasimində dövlət nümayəndələri, türkiyəli iş adamları və qardaş ölkənin Naxçıvanda təhsil alan tələbələri abidə önünə gül dəstələri qoyub, Mustafa Kamal Atatürkün xatirəsinə ehtiramlarını bildiriblər.

Anım tədbiri Türkiyənin Naxçıvandakı Baş Konsulluğunda davam etdirilib.

Sürəyya QƏDİMƏLİYEVA

Nəşr edilib : 10.11.2023 12:38