AZ EN RU

Naxçıvanda "Müharibə iştirakçıları üçün biznes təlimləri" layihəsi keçirilir

"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə reallaşdırdığı növbəti layihəsinə start verib.
"Müharibə iştirakçıları üçün biznes təlimləri" adlı layihə Naxçıvan Muxtar Respublikasını əhatə edir. Ötən həftə muxtar respublikada ilk təlim baş tutub. 
15 şəhid ailəsi üzvü və qazilərdən ibarət qrup üçün keçirilən birinci təlimi girişi sözü ilə layihənin rəhbəri, "Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyinin İdarə Heyətinin sədri Emin Tarverdiyev açıb. Qonaqları salamlayan layihə rəhbəri təlimin məqsədi barədə məlumat verib. 
Sonra söz təlimçi Vüsal Novruzova verilib. Təlimin məqsəd və mahiyyəti haqqında çıxış edən Vüsal Novruzov layihə iştirakçılarına biznesin əsasları barədə ətraflı məlumat verib. Yekunda təlim iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, təlim hər həftənin şənbə günü muxtar respublikanın ayrı-ayrı rayonlarında keçiriləcək.

Nəşr edilib : 27.05.2024 12:08