AZ EN RU

Naxçıvanda müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edilib

Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün müsabiqə elan edib.

Müsabiqədə iştirak etmək istəyən şəxslər iyunun 23-ə qədər Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin internet portalında (www.ndim.gov.az) “Şəxsi Kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.

Namizədlər test imtahanında iştirak üçün qanunvericilikdə nəzərdə tutulan 100 manat məbləği “Şəxsi Kabinet” vasitəsilə bank kartları ilə ödəyə bilərlər. Digər halda həmin məbləğ Dövlət İmtahan Mərkəzinin "Naxçıvanbank" ASC-dəki bank hesabına  ödənməli və ödənişə dair qəbz həftənin iş günləri saat 09:00 -dan 12:30-dək və 14:00-dan 17:30-dək Dövlət İmtahan Mərkəzinə təqdim edilməlidir.

Namizəd bir neçə vakant vəzifənin tutulması üçün müraciət edə bilər. Qeydiyyatdan keçməkdə çətinlik çəkən namizədlər Dövlət İmtahan Mərkəzinə gəlməklə müraciət edə bilərlər.

Maraqlananlar Dövlət İmtahan Mərkəzinin (036) 545-65-71 nömrəli əlaqə telefonu vasitəsilə ətraflı məlumat əldə edə bilərlər.

Vakant vəzifələrin siyahısı ilə aşağıdakı keçid vasitəsilə tanış ola bilərsiniz:

https://ndim.gov.az/storage/postFile/elan_tehsil_13-06-2023_08-40-19.pdf

Nəşr edilib : 13.06.2023 10:18