AZ EN RU

Naxçıvanda müəllimlər üçün “Yaradıcılıqda riyazi düşüncə” adlı təlim keçirilib

Yanvarın 13-də təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsində  qalib olan “Mobil tətbiqlər vasitəsilə riyaziyyatı asanlıqla öyrənək” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin  riyaziyyat və ibtidai sinif müəllimləri üçün “Yaradıcılıqda riyazi düşüncə” adlı təlim keçirilib. 
 
Bakı Mühəndislik Universitetinin baş müəllimi Bəhman Məmmədov tərəfindən keçirilən təlimdə 400 nəfərdən artıq müəllim iştirak edib.
 
Təlimdə riyaziyyat fənnin tədrisi zamanı hazır biliklər əvəzində yaradıcı düşüncə tərzindən istifadə etməyin üstünlükləri müəllimlərin diqqətə çatdırılıb. Təlimçi Bəhman Məmmədov inteqrasiyanın hər üç səviyyəsinin fənnin tədrisində böyük rolu olduğunu bildirib. 

Təlimçi həm ədəbiyyat ilə şeir deməklə, həm musiqi ilə tar çalmaqla, həm də müxtəlif fənlərlə inteqrasiya etməklə şagirdlərə daha asanlıqla öyrətmə imkanlarını göstərib. Eyni zamanda dərs müddətində oyunlardan və layihə üsulundan istifadənin şagirdlərin təlim nəticələrinin yüksəlməsinə təsirindən bəhs edib.

Bülbül Quliyeva

Nəşr edilib : 13.01.2024 18:35