AZ EN RU

Naxçıvanda motosiklet maşına çırpılıb, bir nəfər xəsarət alıb

"Şərq qapısı" xəbər verir ki, Ordubad-Naxçıvan magistralının Babək rayonu yol ayrıcında qeydə alınıb. Hadisə zamanı Culfa rayon Ərəzin kənd sakini, 1975-ci il təvəllüdlü İbrahimov Müslüm Həsən oğlu idarə etdiyi 72-A-274 dövlət nömrə nişanlı motosikletlə Bayramov Əli Elxan oğlunun idarə etdiyi 67-BC-239 dövlət nömrə nişanlı "VAZ21074" markalı avtomobilinə çırpılıb. Qəzaya səbəb isə motosikletin ara məsafəsi saxlamaması olub. Qəza nəticəsində M.İbrahimov xəsarət alaraq Naxçıvan Muxtar Respublikası Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 06.06.2024 16:50