AZ EN RU

Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert təşkil olunub - YENİLƏNİB

İyunun 14-də Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Filarmoniyasının Birləşmiş Orkestri 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı ilə çıxış edib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Elm və təhsil naziri Emin Əmrullayev, dövlət və hökumət nümayəndələri konsertdə iştirak edib.

Konsertdən əvvəl Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətləri barədə məruzə edib. 

Qeyd olunub ki, Milli Qurtuluşumuzun 30 ili tamam olur. Son 30 ildə Ümummilli Lider tərəfindən qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilir, Azərbaycan daha da inkişaf edir. Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasət bu gün Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının rəhbərliyi ilə ərazi bütövlüyümüzün təmin olunması Ulu Öndər Heydər Əliyev strategiyasının uğurlu nəticəsidir.

Sonra Naxçıvan Dövlət Filarmoniyasının Birləşmiş Orkestrinin konserti olub. 

Nəşr edilib : 14.06.2023 15:23