AZ EN RU

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə Naxçıvan şəhəri H.Əliyev prospektindəki Kitab Evində, həmçinin rayon mərkəzlərində 1-15 sentyabrda məktəbli yarmarkaları keçiriləcək

Bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Məktəbli yarmarkaları hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək. 

Yarmarkalarda əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif olunacaq.

"Bütün valideynləri və müəllimləri yaradılmış şəraitdən istifadə etmək üçün yarmarkalara dəvət edirik", - nazirlikdən bildirilib.

Nəşr edilib : 30.08.2023 18:09