AZ EN RU

Naxçıvanda məktəbli yarmarkası keçiriləcək

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə sentyabrın 1-dən 15-dək məktəbli yarmarkaları keçiriləcək. Yarmarkalar Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda, həmçinin muxtar respublikanın rayon mərkəzlərində təşkil olunacaq.

Hər gün saat 9:00-dan 14:00-dək xidmət göstərəcək yarmarkalarda əhaliyə münasib qiymətlərlə yüksək keyfiyyətdə məktəbli geyimləri və idman formaları, ayaqqabı və məktəbli ləvazimatları təklif ediləcək.

Nəşr edilib : 24.08.2022 17:01