AZ EN RU

Naxçıvanda "MEDİA könüllüləri"nin yaradılmasına start verilir

"Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Verilişləri" QSC  və  “Şərq qapısı” qəzetinin birgə tərəfdaşlığı ilə yaradılan "MEDİA könüllüləri" layihəsində məqsəd muxtar respublikada medianın inkişafında gənclərin aktiv iştirakını təmin etmək, informasiya cəmiyyətinə keçidi sürətləndirmək və mediada innovasiyaların tətbiqini stimullaşdırmaq və gənc media həvəskarları arasında yaradıcı təşəbbüskarlığı artırmaqdır. 
“Media könüllüləri” proqramı çərçivəsində iştirak edən könüllülər üçün bir sıra peşəkar və şəxsi inkişaf təlimləri təşkil ediləcək. Eyni zamanda könüllülər tərəfdaş media subyektlərində təcrübə keçmək imkanı qazanacaqlar. 
"MEDİA könüllüləri" qrupuna arzu edən gənclərimiz qoşula bilər.
Qeyd edək ki, qrupun yaradılması Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı sözügedən media subyektlərinin yubileylə bağlı  tədbirlər planı çərçivəsində  reallaşdırılır.

Nəşr edilib : 18.01.2024 17:20