AZ EN RU

Naxçıvanda külli miqdarda tütün məmulatları aşkar edilib

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən verilən məlumata görə, Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinin Əməliyyat şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında Kəngərli rayonunun Qıvraq kəndində yaşayan Azərbaycan Respublikası vətəndaşına məxsus ticarət mağazasından və həyətyanı sahədə olan tikilidən 1860 qutu (37200 ədəd) “Milano London”, 1400 qutu (28000 ədəd) “Milano New York” adlı aksiz markası ilə markalanmayan siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Nəşr edilib : 18.01.2024 14:00