AZ EN RU

Naxçıvanda küləkli hava şəraiti- sarı xəbərdarlıq

İyunun 8-də Naxçıvan Muxtar Respublikası ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən "Şərq qapısı"na verilən məlumata görə sarı xəbərdarlığa uyğun olaraq Naxçıvan şəhəri və Culfa rayonunda küləyin sürəti arabir 16-18 m/san, Şərur, Kəngərli və Sədərək rayonlarında 8-10 m/san, Şahbuz rayonunda 11-12 m/san təşkil edəcək. Mövcud hava şəraitinə görə ictimai təhlükəsizlik, yaşayış sahələri və əmlak üçün orta risk gözlənilir.
Küləkli hava şəraiti gün ərzində fasilələrlə davam edəcək

Nəşr edilib : 08.06.2024 17:36