AZ EN RU

Naxçıvanda kommersiya qurumlarının 61,3 faizi elektron qaydada qeydiyyata alınıb

Bu ilin yanvar - iyun aylarında Naxçıvan Muxtar Respublikasında 3567 yeni vergi ödəyicisi qeydiyyata alınıb.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən "Şərq qapısı"na bildirilib ki, onların 3404-ü fiziki, 163-ü isə hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 20,6 faiz artıb.

Cari ilin 6 ayında kommersiya qurumlarının 61,3 faizi elektron qaydada, 38,7 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.

Nəşr edilib : 15.07.2024 18:40