AZ EN RU

Naxçıvanda "kölgə iqtisadiyyatı"nın miqyası azaldılıb

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən kameral yoxlamaların keyfiyyəti əhəmiyyətli dərəcədə artıb. 

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Abbas İsmayılov deyib.

Nazir müavini qeyd edib ki, 2024-cü ilin 6 ayında kameral hesablama aparılmış vergi ödəyicilərinin sayı 1024 olub ki, bu da əvvəlki illə müqayisədə 3,4 dəfə çoxdur. Cari ilin eyni dövrü ilə müqayisədə hesablanmış kameral məbləği 3.621 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 2,1 dəfə çoxdur.

Nəşr edilib : 17.07.2024 12:43